azturkxeber.az
http://azturkxeber.az

İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

17-03-2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031