azturkxeber.az
http://azturkxeber.az

Bərdədə restoranda nöqsanlar aşkar edilib

08-09-2025

Bərdə rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Samir Səfiyar oğlu Bayramova məxsus “Oliqarx” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930