azturkxeber.az
http://azturkxeber.az

Yaponiya XİN-in sabiq rəhbəri hakim partiyanın yeni lideri seçilə bilər

08-09-2025

Yaponiya XİN-in sabiq rəhbəri hakim partiyanın yeni lideri seçilə bilər

Yaponiyanın sabiq xarici işlər naziri Toşimitsu Moteqi Baş nazir Şigeru İşibanın istefa qərarından sonra hakim Liberal Demokrat Partiyasının (LDP) liderlik yarışında iştirak edəcəyini açıqlayıb.

LDP-nin də sabiq baş katibi olan Moteqi öz partiyasında və hökumətdə qazandığı təcrübədən istifadə edərək ölkəsinə fayda vermək istədiyini bildirib.

İstefa verən İşiba partiyanın seçki itkilərinə görə məsuliyyəti üzərinə götürməsi ilə bağlı artan çağırışlar fonunda bazar günü LDP-nin rəhbəri vəzifəsini tərk etmək qərarını açıqlayıb.

İyul ayında bir siyasi uğursuzluqla LPD-nin rəhbərlik etdiyi hakim koalisiya Şuralar Palatasındakı çoxluğu itirib və bu, hökumətdən dərin ictimai narazılığa işarə edib. Məğlubiyyət 2024-cü ilin oktyabrında Nümayəndələr Palatasına keçirilən növbədənkənar seçkidə oxşar nəticənin ardından baş verir və hakim blok parlamentin hər iki palatasında azlıq təşkil edir ki, bu da LDP-nin 1955-ci ildə qurulmasından bəri tarixi bir ilkdir.

İşibanın açıqlamasından sonra LDP-nin liderlik yarışının formatını və cədvəlini müzakirə edəcəyi gözlənilir.

Moteqi ilə yanaşı, digər LDP üzvləri də partiya sədrliyinə namizəd olmaq istəyirlər. LDP-nin baş katibi Hiroşi Moriyama bildirib ki, partiya üzvlərinin birbaşa iştirakına imkan yaratmaq yollarını araşdırmaq vacibdir.

Keçənilki liderlik yarışında iştirak edən digər şəxslərə, xüsusən İşiba ilə ikinci turda yarışan sabiq iqtisadi təhlükəsizlik naziri Takaişi Sanaye, kənd təsərrüfatı naziri Koizumi Şinjiro və Nazirlər Kabinetinin baş katibi Yomaşayi Hayaşi də diqqət mərkəzindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930