azturkxeber.az
http://azturkxeber.az

Tokayev: Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir

08-09-2025

Tokayev: Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir

Nəqliyyat və logistika sektorunu daha da inkişaf etdirmək lazımdır. Qazaxıstan Avropa ilə Asiya arasında ən mühüm bağdır. Belə ki, ötən il ərazimiz vasitəsilə yükdaşımaların həcmi 1 milyard tonu ötüb.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, eyni zamanda, ölkənin tranzit potensialının genişləndirilməsi üçün əhəmiyyətli ehtiyatlar var. “Şimal-Cənub dəhlizi Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxış açır. Şərq-Qərb dəhlizi və Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsü Qazaxıstanın Avrasiyanın əsas quru körpüsü kimi rolunu gücləndirir”, -deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün də böyük əhəmiyyətə malikdir.

Qazaxıstanın dövlət başçısı qeyd edib: “Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə maddi gəlir və infrastruktura yeni investisiyalar gətirməli, keyfiyyətli iş yerləri yaratmalıdır. Rəqəmsal həllər geniş şəkildə tətbiq edilməlidir, onlar olmadan heç bir səmərəlilik əldə edilə bilməz. İlk növbədə, regional nəqliyyat əlaqəsi məsələlərini həll etmək lazımdır. Böyük tranzit ərazisi kimi Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930