azturkxeber.az
http://azturkxeber.az

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına başlanılır

08-09-2025

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına başlanılır

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da başlanılacaq.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930