azturkxeber.az
http://azturkxeber.az

İqtisadiyyat nazirinin birinci müavini Uruqvayda bir sıra görüşlər keçirib

08-09-2025

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Uruqvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardona ilə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycana investisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpaolunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat və sənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylı sərmayədarlar üçün geniş imkanlar açır.

Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyasının (ANCAP) prezidenti Sesi̇liya San Roman ilə görüşdə SOCAR ilə ANCAP arasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər yaşıl enerji və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930