azturkxeber.az
http://azturkxeber.az

Ötən həftə Naxçıvanda 11 yanğın qeydə alınıb

08-09-2025

Ötən həftə Naxçıvanda 11 yanğın qeydə alınıb

Ötən həftə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 11 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən bildirilib ki, Sədərək rayonunun Qaraağac, Babək rayonunun Vayxır kəndlərində tövlədə, Şahbuz şəhərində, Culfa rayon unun Əbrəqunus, Yaycı, Şahbuz rayonunun Şahbuzkənd, Ordubad rayonunun Yuxarı Əylis, Vənənd, Babək rayonunun Gərməçataq, Şərur rayonunun Düdəngə kəndlərində və Naxçıvan şəhərində həyətyanı, quru otluq sahələrdə yanğın hadisələri baş verib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Eləcə də, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı uşağ xilas edilib. Həmçinin avtonəqliyyat qəzası zamanı xəsarət alan sürücü və sərniş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930