azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda ötən sutka 7 yanğın hadisəsi qeydə alınıb

08-04-2025

Ötən sutka ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 7 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Babək rayonunun Şəkərabad kəndində yardımçı tikilidə, Şərur rayonunun Kərimbəyli kəndində ot bağlamalarında, Culfa rayonunun Bənəniyar kəndində ağaclıq sahədə, Naxçıvan şəhərinin Tumbul, Kəngərli rayonunun Böyükdüz kəndlərində quru ot və kol-kos sahələrində, eləcə də Kəngərli rayonunun Qarabağlar kəndində tullantı poliqonunda və Naxçıvan şəhərinin Əlincə məhəlləsində ağacda yanğın hadisələri baş verib.

Hadisələr nəticəsində Şəkərabad kəndində fərdi yaşayış evinə bitişik 32 kvadratmetr sahəsi olan yardımçı tikili içərisindəki əşyalarla birlikdə yanıb, 180 kvadratmetr sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi isə içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub. Kərimbəyli kəndində 1620 kiloqram ot bağlaması yanıb, 1980 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub. Bənəniyar kəndində isə 5000 kvadratmetr quru otluq sahə yanıb, 100 ağac yanğından mühafizə edilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930