azturkxeber.az
http://azturkxeber.az

Şahbuzda yardımçı tikilidə yanğın olub

10-03-2025


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindənbildirilib ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində 1650 kiloqram ot tayası, tayanın üzərinə qurulan çardağın 60 kvadratmetr hissəsi yanıb, 600 kiloqram ot bağlaması, çardağın 20 kvadratmetr hissəsi və 80 kvadratmetr sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31