azturkxeber.az
http://azturkxeber.az

Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verib

09-02-2026

Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Azturkxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10 kvadratmetr olan söhbətgah və yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728