Son bir həftədə 100 mindən çox əfqan qaçqın vətənə qayıdıb
Son bir həftədə qonşu İran və Pakistandan ümumilikdə 107 min 37 əfqanıstanlı qaçqın öz vətənlərinə qayıdıb.
Bu barədə Qaçqınlar və Repatriasiya Nazirliyinin bazar günü açıqladığı hesabatda deyilir. Nazirlik bildirib ki, qayıdan bütün insanlara ərzaq, içməli su, tibbi xidmətlər və doğma şəhərlərinə pulsuz nəqliyyat da daxil olmaqla zəruri yardım göstərilib. Onların reinteqrasiyasını dəstəkləmək üçün 2,3 milyon dollardan çox pul yardımı edilib. Hazırda isə xaricdə əksəriyyəti sənədsiz olan 6 milyona yaxın əfqan qaçqın yaşayır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustun əvvəlində yaydığı hesabata əsasən, bu il Pakistan və İrandan 2,3 milyondan çox əfqan qaçqın geri qayıdıb.