azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın bədii gimnastları San-Marinodakı turnirdə 7 medal qazanıblar

08-09-2025

Azərbaycanın bədii gimnastları San-Marinodakı turnirdə 7 medal qazanıblar

Azərbaycanın bədii gimnastları San-Marino şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

Gimnastika Federasiyasından bildirilib ki, yarışda ölkəmizi böyüklər yaş kateqoriyası üzrə İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər.

Çoxnövçülük proqramında A. Atakişiyeva (93.884 xal) və Z. Cəfərova (97.650 xal) bürünc mükafat əldə ediblər.

Ş. Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A. Atakişiyeva gürzlərlə (25.000 xal) hərəkətlərdə qızıl, halqalarda (24.167 xal) isə gümüş medala sahib çıxıb. G. İbrahimova isə gürzlərlə (25.567 xal) hərəkətlərin icrasında üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930