Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək
UNESCO Dünya İrs Komitəsinin (DİK) 49-cu sessiyası Türkiyənin ev sahibliyi ilə təşkil olunacaq. Bu barədə qərar DİK-in Koreya Respublikasının Busan şəhərində keçirilən 48-ci sessiyasında qəbul edilib.
Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Mustafa Yurdakul DİK-in 49-cu sessiyasının sədri vəzifəsini öz üzərinə götürüb. Sessiyanın 2027-ci ildə İstanbulda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısında Türkiyənin qeydiyyata alınan 22 mədəni və qarışıq irs sahəsi mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: