azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda parlamentə seçki kampaniyası zamanı saxta təşviqat materialları aşkar edilib

28-07-2026

Qazaxıstanda parlamentə seçki kampaniyası zamanı saxta təşviqat materialları aşkar edilib

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi Kurultay (parlament) üzvlərinin seçki kampaniyası zamanı sosial mediada etibarsız məlumatların yayılması faktını qeydə alıb.

Azturkxeber.az mərkəzin rəsmi açıqlamasına istinadla xəbər verir ki, Qazaxıstanda tanınmış şəxsin şəklindən istifadə edərək, vətəndaşlar siyasi partiyalardan birini dəstəkləməyə və kütləvi tədbirdə iştirak etməyə çağrılıb, dəstəyə görə isə pul mükafatı vəd edilib.

Qeyd olunan şəxs artıq kampaniyada iştirakını rəsmən təkzib edib və abunəçiləri mesajın yalan olması barədə məlumatlandırıb.

Mərkəz xatırladıb ki, Qazaxıstanın seçki qanunvericiliyi ilə vətəndaşların yazılı razılığı olmadan onların şəkillərinin təşviqat materiallarında istifadəsi, eləcə də maddi nemət və ya ödəniş vədləri ilə müşayiət olunan seçkiqabağı təşviqatın keçirilməsi qadağan edilir.

Bundan əlavə, mərkəz vətəndaşları saxta nəşrdə yer alan icazəsiz kütləvi tədbirlərdə iştirak etməkdən çəkindirib və onları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.

Xatırladaq ki, Qazaxıstan Kurultay deputatlarının seçkisi bu il avqustun 23-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031