azturkxeber.az
http://azturkxeber.az

Əlcəzair Prezidenti Fransadan viza kvotası istəməsi ilə bağlı iddiaları təkzib edib

28-07-2026

Əlcəzair Prezidenti Fransadan viza kvotası istəməsi ilə bağlı iddiaları təkzib edib

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Fransadan ölkəsinin vətəndaşları üçün viza kvotası tələb etdiyi barədə yayılan iddiaları təkzib edərək, bu məsələni heç vaxt gündəmə gətirmədiyini bildirib.

Bu barədə Əlcəzair Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Təbbun jurnalistlərə açıqlaması zamanı heç vaxt viza kvotası və ümumiyyətlə vizalar barədə danışmadığını deyib. O, bu mövqeyini həm Əlcəzair, həm də Fransa ictimaiyyəti üçün bir daha təkrar etdiyini vurğulayıb.

Prezidentin açıqlaması Fransanın Əlcəzairdəki səfiri Stefan Romatenin Parisin hər il verilən vizaların sayını tədricən yenidən 250 minə çatdırmağı planlaşdırdığı barədə bəyanatından sonra yaranan müzakirələr fonunda səslənib.

Fransa Prezidenti Emmanuel Makron da ötən həftə məsələ ilə bağlı açıqlama verərək, Əlcəzair vətəndaşlarına veriləcək vizaların sayı ilə bağlı heç bir rəqəmsal hədəfin müəyyən edilmədiyini bildirib. Hökumətin sözçüsü Mod Brejonun sözlərinə görə, Makron Nazirlər Kabinetinin iclasında “Əlcəzairlə bağlı vizalar üzrə heç bir kvota yoxdur və Fransa bu məsələdə güzəştli siyasət yürütmür”, - deyə bəyan edib.

Beləliklə, həm Paris, həm də Əlcəzair rəsmiləri iki ölkə arasında viza siyasəti ilə bağlı konkret kvotaların müəyyənləşdirilməsi barədə yayılan məlumatları təkzib ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031