azturkxeber.az
http://azturkxeber.az

Şimali Kipr Prezidenti BMT-nin Baş katibi ilə görüşüb

28-07-2026

İyulun 28-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkosada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Kipr türklərinin lideri BMT Baş katibini Prezident Kompleksinin girişində qarşılayıb.

Təxminən iki saat davam edən geniş müzakirələrdən sonra A. Quterreş Kiprdəki konstruktiv danışıqların adadakı hər iki icmaya fayda verəcəyinə ümid etdiyini bildirib.

Çərşənbə axşamı günü BMT-nin Baş katibi yunan Kiprinin lideri Nikos Xritodulides ilə də danışıqlar aparıb.

Bu axşam (yerli vaxtla saat 19:00-da - redaktorun qeydi) bufer zonasında Antonio Quterreşin Kiprin iki icmasının liderləri ilə şam yeməyi planlaşdırılır.

Bu, BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031