azturkxeber.az
http://azturkxeber.az

Sabunçu rayonunda 48 kiloqram narkotik vasitə aşkarlanıb

09-07-2026

Sabunçu rayonunda 48 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram marixuana və heroin, 35 yaşlı Qurban Əliyevdən 20 kiloqram heroin, metamfetamin və marixuana, 21 yaşlı Rahib Hüseynovdan 22 kiloqrama yaxın marixuana, metamfetamin və tiryək, 32 yaşlı Zamin Abdullayevə məxsus avtomobildən isə 3 kiloqram marixuana və həşiş aşkarlanıb. Əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 234 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031