azturkxeber.az
http://azturkxeber.az

Əkin sahələrinin 67 faizində biçin yekunlaşıb

09-07-2026

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə iyulun 9-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb.

Azturkxeber.az xəbər verir ki, mövsüm ərzində 642 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 251 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 224 603 hektar buğda, 418 093 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 182 ton buğda, 1 367 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.

Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb, Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031