Katex çayında batan şəxsin meyiti tapılıb
Balakən rayonunun Katex çayında batan şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, iyulun 8-də Katex çayının Balakən rayonu, Katex kəndindən keçən hissəsində batan və batdığı yerdən 3 kilometr aralıda tapılan 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayevin meyiti FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: