azturkxeber.az
http://azturkxeber.az

İlyas Hüseynov: "Anamın arzusuna həsr olunan elmi uğur"

09-07-2026

“Azərbaycan elmi xalqımızın milli sərvətidir. Biz bu sərvəti qoruyub saxlamalı və inkişaf etdirməliyik. Elmin inkişafı olmadan dövlətin inkişafı mümkün deyildir.

Müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi üçün güclü elmi potensial, yüksək ixtisaslı kadrlar lazımdır. Alimlərimizin fəaliyyəti ölkəmizin gələcəyinin təminatıdır.”

Ümummilli lider Heydər Əliyev 31 oktyabr 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə görüşündə elmin dövlət quruculuğundakı rolunu xüsusi qeyd etmişdir. Bu çıxışda o, xüsusilə vurğulayırdı ki, müstəqillik şəraitində elmin və təhsilin inkişafı strateji prioritetdir və dövlət alimlərə hərtərəfli dəstək verməlidir.

Ötən gün mənə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası -nın qərarı ilə Beynəlxalq münasibətlər ixtisasında siyasi elmlər üzrə fəlsəfə doktoru diplomu təqdim olundu. Uzun illərin həsrəti bitdi, üzərimdən böyük yük götürüldü. Lakin qazanılan hər bir elmi nəticə yeni status, məsuliyyət və başlanğıcdır. Ötən gündən aldığım çoxsaylı təbrik mesajlarına görə hər kəsə təşəkkür edirəm.

Fəlsəfə doktoru elmi dərəcəsi alan iddiaçılardan biri olaraq Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor, hörmətli Famil Mustafayev başda olmaqla bütün əməkdaşlara təşəkkürümu bildirirəm. Hörmətli Famil müəllim, çıxışınızda toxunduğunuz incə məqamların dərinliyində Sizin işinizdə nə qədər məsuliyyətli və ədalətli olduğunuzun şahidi oldum. Elmi fəaliyyətimin qiymətləndirilməsi və yüksək etimad göstərilməsi mənim üçün böyük şərəf və məsuliyyətdir. Bu prosesdə obyektivlik, peşəkarlıq və diqqətinizə görə Sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar, Azərbaycan elminin inkişafı naminə yeni nailiyyətlər arzulayıram.

Əziz dostum, hüquq elmləri doktoru Saftar Rahimli -yə mənə mənəvi dəstəyi üçün dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, psixologiya, sosiologiya və siyasi elmlər üzrə Ekspert Şurasının sədrinə və bütün üzvlərinə təşəkkür edirəm.

Elmi işimin ərsəyə gəlməsində dəyərli və əvəzsiz məsləhətləri ilə hər zaman mənə dəstək olmuş elmi rəhbərim siyasi elmlər doktoru, professor Hikmət Baba oğlu Məmmədova təşəkkür edirəm.

Elmi işimin müdafiəsi zamanı mühüm müzakirələr və gələcək elmi fəaliyyətimə tövsiyələr üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Dissertasiya Şurasının sədri AMEA-nın həqiqi üzvü, b.e.d., prof. dəyərli Urxan Ələkbərov -a , Dissertasiya Şurasının sədr müavini f.e.d., prof. Əlikram Abdullayevə, Dissertasiya Şurasının elmi katibi, s.e.d. dos, Sevda Ahadova -ya, s.e.d., prof. Elchin Ahmedov -a, s.e.d., prof. Aqiya Naxcivanli -ya, s.e.d., prof. Hicran Hüseynova -ya, s.e.d., prof. Elman Nəsirov -a, s.e.d., dos. Kənan Allahverdiyevə, t.e.d., prof. Fuad Mamedov -a, s.e.d., dos. Adil Mirabdullayevə, s.e.d. dos. Elshad Mirbashir -ə, s.e.d., dos. Sevil xanım Məmmədovaya, s.e.d., dos. Elnur Hacalıyevə, s.e.ü.f.d., dos. Aydın Mirzəzadəyə, s.e.ü.f.d., dos. Murteza Hasanoglu -na, s.e.ü.f.d. Ülfət Mehdiyevə dərin minnətdarlığımı bildirirəm.

Elmi işimə müsbət rəy verdiklərinə görə rəsmi opponentlərim dəyərli s.e.d., prof. Elman Nasirov -a, s.e.f.d., dos Ramid Hüseynov -a, s.e.f.d., dos. Рашад Садыгов -a təşəkkür edirəm.

Müdafiə zamanı mənə mənəvi dəstəyini əsirgəməmiş fövqəladə və səlahiyyətli səfir, h.e.d., professor Namiq H. Əliyev -ə minnətdaram.

Elmi seminar zamanı sədr, s.e.d., prof. Elchin Ahmedov, katib s.e.f.d Cahangir Cahangirli, hörmətli rəyçilərim s.e.f.d Eldar Jafarov -a, s.e.f.d Şəbnəm xanım Zeynalovaya və s.e.f.d Ilhama Omarova -ya dərin minnətdarlığımı bildirirəm.

Doktorantura təhsili aldığım Bakı Slavyan Universitetinin rektoru, s.e.f.d. hörmətli Anar Naghiyev -a, f.e.d., prof. Рафиг Новрузов -a, Universitetin elmi katibi f.e.f.d. dos. Dürdanə Hümbətova -ya həmin dövrdə Universitetin doktorantura şöbəsinin müdiri Rena Tagiyeva -ya və əməkdaşlarına, Dissertasiya işinin yerinə yetirildiyi və ilkin müzakirənin təşkil olunduğu "Beynəlxalq münasibətlər" / "İctimai elmlər" kafedrasının müdiri, t.e.d, prof. hörmətli Habil Mammadov -a, hörmətli rəyçilərim s.e.d. Halid Niyazov -a, s.e.f.d. dos. Alpay Azər -ə, s.e.f.d. dos. Zumrud Melik -ovaya, o cümlədən s.e.f.d. dos. Sht Nz -yə, s.e.f.d. dos. Leman Garayeva -ya və digər müzakirədə iştirak edən şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri hörmətli Zahid Oruc -a, İdarə Heyətinin üzvü, müavin, f.e.d. prof. Tahira Allahyarova -ya, İdarə Heyətinin üzvü Elnur Chiragov -a, Daxili siyasətin təhlili departamentinin müdiri, f.ü.f.d. Agshin Mammadov -a, elmi nailiyyətimlə bağlı təbrik edən bütün əziz həmkarlarıma, dostlarıma təşəkkür edirəm.

Elmi seminar və müdafiə mərhələsində hər zaman yanımda olan əziz dostlarım s.e.f.d. Amid Aliyev -ə (dünənki paylaşım üçün xüsüsi təşəkkür edirəm), Elxan Şıxalıyev - ə, Azer Bayramov -ova, Qalib Yusifli -yə, Турал Алиев - ə, Shafa Movsumov -a və Samir Hümbətov-a təşəkkür edirəm.

Ərsəyə gətirdiyim "Müasir dövrdə Azərbaycan-Yunanıstan münasibətləri" adlı dissertasiya işinin Azərbaycan siyasətşünaslığına və politoloji fikrinə töhfə verəcəyinə ümid edirəm.

Mənim elmi uğuruma məndən çox sevinən və bütün prosesin əvvəlindən sonuna qədər yanımdan ayrılmayan həyat yoldaşım Afaq xanıma, qızım Sevincə və oğlum Polada sonsuz təşəkkürümü bildirirəm.

Dünən mənə söylənən bir təbrikdə çox böyük məntiq, dərin düşüncə gizlənirdi və sanki sınaqdan keçmişdi.

Deyilirdi ki, bakalavr və magistr diplomu bizim özümüzün, fəlsəfə doktoru və ondan yuxarı elmi nailiyyətlər artıq valideynlərimizin və nəslimizindir.

Həqiqətən də çox doğru və mükəmməl fikirdir. Biz ailədən gələn elmi məktəbi, ənənələri inkişaf etdirir, bəzən yarımçıq arzuları tamamlayır, valideynlərimizin qaldıra bilmədiyi yükün altına giririk, sonra da övladlarımız bu yolu davam etdirir.

Mən əminəm ki, indi atamın və anamın ruhları şaddır. Xüsusilə də Anamın arzusunu yetirə yetirdim...

Hayıf ki, bu günü görmədi. Bütün nailiyyətlərimi - bu günümü və gələcəyimi - Anama həsr edəcəyimi demişdim.

Mən verdiyim sözün üstündə durdum, bunu bacardım...

Amma bu, hələ böyük yolun başlanğıcıdır!

Allah bütün dünyadan köçən valideynlərə rəhmət eləsin!

Dərin hörmətlə,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

İlyas Vaqif oğlu Hüseynov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031