azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

08-07-2026

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Azturkxeber.az xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031