azturkxeber.az
http://azturkxeber.az

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə başlanıb

07-07-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi “Karyera körpüsü” layihəsi çərçivəsində “Karyera düşərgəsi”nə başlanıb.

Azturkxeber.az-ın məlumatına görə, layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin yuxarı sinif şagirdləri və məzunlarının əmək bazarına hazırlıqlı olmalarına, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, gələcəkdə uğurlu karyera qurmalarına dəstəyin göstərilməsidir.

5 gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün motivasiya, özünüdərketmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması mövzularına dair interaktiv təlimlər təşkil olunacaq. Onlar həmçinin CV hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni-əyləncəli proqramlara cəlb ediləcək.

Qeyd edək ki, “Karyera körpüsü” layihəsi çərçivəsində iştirakçılar üçün iki ili əhatə edən fərdi inkişaf planları hazırlanacaq. Onlara karyera və peşəyönümü məsləhəti xidmətləri göstəriləcək və məşğulluq imkanlarının genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031