azturkxeber.az
http://azturkxeber.az

Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir

06-07-2026

2026-cı il 7-15 iyul tarixlərində Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir.

Azturkxeber.az xəbər verir ki, Ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

Ekspedisiya çərçivəsində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə türkiyəli alimlər birgə elmi tədqiqatlar həyata keçirirlər.

Tədqiqatın əsas məqsədi balıq və digər su bioresurslarının ehtiyatlarını, populyasiya vəziyyətini, biomüxtəlifliyi və ekoloji durumunu qiymətləndirmək, əldə olunan elmi nəticələr əsasında 2027-ci il üçün balıq ovu kvotalarını müəyyən etməkdir.

Ekspedisiyanın nəticələri əsasında hazırlanacaq elmi hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.

Ekspedisiyanın yekun nəticələri və aparılmış təhlillər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031