azturkxeber.az
http://azturkxeber.az

Parlamentlərarası əlaqələr inkişaf edir

06-07-2026

İyulun 6-da Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və işçi qrupunun üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Zimbabve arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Mahir Süleymanlı parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Söhbət zamanı parlamentin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, onlayn kommunikasiyanın inkişaf etdirilməsi, turizm, yaşıl enerji və süni intellekt sahələrində əməkdaşlıq imkanları, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zaur Şükürov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Mircəlil Qasımlı, İlham Məmmədov, Məzahir Əfəndiyev, Zimbabve Respublikası Milli Assambleyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031