azturkxeber.az
http://azturkxeber.az

Müasir müəllimin beynəlxalq uğuru

06-07-2026

XXI əsr qloballaşma, sürətli rəqəmsallaşma və təhsil paradiqmalarının köklü şəkildə dəyişdiyi bir dövrdür. Müasir dünyada pedaqoqun missiyası artıq yalnız bilik ötürməklə məhdudlaşmır. O, eyni zamanda hər bir təhsilalanın fərdi potensialını üzə çıxaran, inklüziv və hər kəs üçün əlçatan öyrənmə mühiti yaradan, təlim prosesində bələdçi və inkişafın aparıcı qüvvəsinə çevrilən bir mütəxəssisdir. Məhz buna görə də beynəlxalq təlimlər və qabaqcıl təhsil platformalarının təqdim etdiyi ixtisasartırma proqramları müəllimlərin peşəkar inkişafında xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq sertifikat proqramlarında iştirak pedaqoqlara dünya təhsilində tətbiq olunan müasir yanaşmaları mənimsəməyə, fərqli öyrənmə ehtiyacları olan şəxslərlə daha səmərəli işləmək bacarığı qazanmağa, həmçinin peşəkar fəaliyyətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməyə imkan verir. Bu baxımdan, XXI əsr müəlliminin qlobal peşəkar inkişaf göstəricilərindən biri hesab olunan beynəlxalq sertifikatlar xüsusi önəm kəsb edir.

Bu uğurlu nümunələrdən biri də Azərbaycan Dillər Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmovanın dünyanın aparıcı onlayn təhsil platformalarından biri olan Alison tərəfindən təqdim edilən "Pedagogy Practices Surrounding Dyslexia" ("Disleksiya ilə bağlı pedaqoji yanaşmalar") adlı beynəlxalq CPD (Continuing Professional Development – Davamlı Peşəkar İnkişaf) sertifikatına layiq görülməsidir. Bu nailiyyət onun peşəkar inkişafının, beynəlxalq təhsil standartlarına sadiqliyinin və inklüziv təhsil sahəsində bilik və bacarıqlarını daim təkmilləşdirmək əzminin parlaq göstəricisidir.


CPD sertifikatları müəllimlərin və pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislərin peşəkar portfoliolarında beynəlxalq səviyyədə tanınan, yüksək dəyər verilən və onların davamlı inkişafını təsdiq edən mühüm göstəricilərdən hesab olunur.

Müasir təhsildə inklüzivlik, bərabər təhsil imkanlarının təmin edilməsi və hər bir fərdin ehtiyaclarına uyğun pedaqoji yanaşmaların tətbiqi prioritet istiqamətlərdəndir. Belə nüfuzlu beynəlxalq proqramı uğurla başa vurmaq yalnız şəxsi peşəkar inkişafın deyil, həm də gələcək nəsillərin keyfiyyətli təhsil almasına verilən mühüm töhfənin ifadəsidir.

Hörmətli Səbinə xanıma elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və daha böyük elmi-praktiki nailiyyətlər arzulayıram. İnanıram ki, onun qazandığı bu beynəlxalq uğurlar Azərbaycan təhsilinin inkişafına, inklüziv təhsil dəyərlərinin təşviqinə və gənc müəllimlərin peşəkar inkişafına bundan sonra da dəyərli töhfələr verəcəkdir.

Səbinə xanımı bu dəyərli nailiyyəti münasibətilə ürəkdən təbrik edirəm!

Şəfiqə Tahirova

ADU-nun baş müəllimi,

pedaqogika üzrə fəlsəfə doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031