azturkxeber.az
http://azturkxeber.az

Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib

05-07-2026



Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Azturkxeber.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031