azturkxeber.az
http://azturkxeber.az

“Sağlam məhəllə” layihəsi çərçivəsində bölgələrdə idman zonaları istifadəyə verilib

04-07-2026

Prezidentin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Naftalan, Samux və Mingəçevirdə idman zonaları istifadəyə verilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.

Hər bir “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 “Sağlam məhəllə” layihəsi icra olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031