azturkxeber.az
http://azturkxeber.az

Yeniyetmə fiqurlu konkisürən Veronika Jilina Azərbaycan millisinə cəlb olundu

02-07-2026

Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

Veronika Jilina 2026–2027 mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq.

Qeyd edək ki, hazırda tək konkisürmə dissiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031