azturkxeber.az
http://azturkxeber.az

Türkoloji Qurultayın 100 illiyi iştirakçıları Ağdamdakı “İmarət” kompleksini ziyarət ediblər

02-07-2026

İyunun 29-dan iyulun 3-dək ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir.

Azturkxeber.az xəbər verir ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

Qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də bu ərazinin Azərbaycan dövlətçilik tarixindəki xüsusi yeri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “İmarət” kompleksi təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Qarabağın zəngin mədəni yaddaşını özündə yaşadan mühüm irs nümunəsidir.

O da diqqətə çatdırılıb ki, Ağdam 30 illik işğaldan azad olunandan sonra dövlətimiz tərəfindən kompleksin ərazisində geniş bərpa və yenidənqurma işləri aparılıb. İşğal zamanı ermənilər tərəfindən vandalizmə məruz qalan tarixi abidələrin bərpasında onların orijinallığının qorunmasına xüsusi diqqət yetirilib. Ərazinin abadlaşdırılması eyni zamanda bölgənin müasir mədəni turizm mərkəzinə çevrilməsi məqsədi daşıyır.

İştirakçılar kompleksdə yaradılan şəraitlə tanış olub, Qarabağın işğaldan azad olunmasından sonra aparılan genişmiqyaslı dirçəliş prosesini yüksək qiymətləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031