azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb

01-07-2026

Bu gün stolüstü tennis üzrə Respublika birinciliyində mübarizə başlanıb.

Azturkxeber.az xəbər verir ki, “Süa İdman-Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər. Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar. Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyə iyulun 3-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031