Şose velosipedi üzrə ölkə çempionatına yekun vuruldu



Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 29-30-da Xızı rayonunda şose velosipedi üzrə ölkə çempionatının qrup ötüşməsi yarışları keçirilib. Çətin dağ relyefi və gərgin mübarizə şəraitində baş tutan yarışda 4 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.
Azturkxeber.az xəbər verir ki, gənc oğlanların 96 kilometr məsafəyə yarışında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi Nihad Xudoyev bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu adını qazanıb. Həmin məktəbin digər idmançısı Məryəm Hüseynova isə 17 yaşadək qızların 40 kilometrlik yarışında finiş xəttini birinci keçərək qızıl medala sahib olub.
17 yaşadək oğlanların 70 kilometrlik yarışında "AE Cycling School"un idmançısı Raul Mahmudov bütün rəqiblərindən güclü olub. Elit/U23 kişilərin 118 kilometrlik mübarizəsində isə eyni klubun təmsilçisi Musa Mikayılzadə inamlı çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib. Əldə olunan nəticələr idmançıların və milli federasiyaların beynəlxalq reytinq cədvəllərində əksini tapacaq.
Bütün ölkə çempionlarına medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xüsusi çempion köynəyi də təqdim edilib.
Şose velosipedi üzrə ölkə çempionatı
29-30.06.2026 / Xızı rayonu
Qrup ötüşməsi
Gənc oğlanlar / 96 km
1. Nihad Xudoyev (ROEQİUGVM)
2. Çingiz İsayev (ROEQİUGVM)
3. Rəhim Nağıyev (ROEQİUGVM)
Elit/U23 kişilər / 118 km
1. Musa Mikayılzadə (AE Cycling School)
2. Nofəl Nuriyev (AE Cycling School)
3. Əli Qurbanov (AE Cycling School)
U17 qızlar (2010-2011) / 40 km
1. Məryəm Hüseynova (ROEQİUGVM)
2. Sevinc Sultanzadə (AE Cycling School)
3. Marina Akimova (ROEQİUGVM)
U17 oğlanlar (2010-2011) / 70 km
1. Raul Mahmudov (AE Cycling School)
2. İlkin Sadıqzadə (Təhsil)
3. Əli Zeynalzadə (ROEQİUGVM)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: