azturkxeber.az
http://azturkxeber.az

Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlimlərə başlanılıb

01-07-2026



Aqrar sahədə fermerlərin və kənd sakinlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlim proqramlarına başlanılıb. Təlim proqramı Cəbrayıl rayonunun Horovlu kəndini əhatə edib.

Azturkxeber.az xəbər verir ki, təlimlər kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinin daha səmərəli təşkili, torpaq sahələrindən məqsədyönlü istifadənin təmin edilməsi və müasir aqrar yanaşmaların tətbiqinin təşviq edilməsi məqsədilə təşkil olunur.

Təlim sessiyalarında iştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə işləmə qaydaları, kənd təsərrüfatı texnikalarından səmərəli və təhlükəsiz istifadə, eləcə də meyvəçiliyin müasir becərmə texnologiyaları barədə ətraflı məlumat verilib. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, onlara mövzular üzrə praktiki tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031