azturkxeber.az
http://azturkxeber.az

“Bank of Baku”dan növbəti aksiya: Sahilyanı ərazilər təmizləndi

01-07-2026

Ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xüsusi önəm verən “Bank of Baku” növbəti ekoloji layihəsini reallaşdırıb.

Belə ki, Bank tərəfindən iyulun 1-də Xəzər dənizinin Bilgəh sahilində ərazinin tullantılardan təmizlənməsi aksiyası həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyada “Bank of Baku” əməkdaşları ekokönüllülərlə birlikdə ərazini plastik, şüşə, polietilen və digər zərərli məişət tullantılarından təmizləyiblər.

Aksiyanın əsas məqsədi Xəzər dənizinin və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, cəmiyyətdə ekoloji mədəniyyəti, ətraf mühitə qayğı hissini təşviq etməkdir.

Qeyd edək ki, “Bank of Baku” “Təbiətə Yaxın Bankçılıq” şüarı altında ətraf mühitin qorunmasına yönələn yaşıl təşəbbüsləri daimi olaraq həyata keçirir. Bank tərəfindən ötən illərdə də təmizlik aksiyaları təşkil edilib və ümumilikdə 1 tona yaxın tullantının toplanılmasına nail olunub.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031