azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Hava Yolları Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

01-07-2026

Azərbaycan Hava Yolları Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır. Yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.

Azturkxeber.az-ın məlumatına görə, Atırau istiqamətində İlk reys 16 avqust 2026-cı il, Aktöbə istiqamətində isə 16 sentyabr 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı- Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.

Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur . Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031