azturkxeber.az
http://azturkxeber.az

AXA sədri SərdarHacıyev Balakən rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

26-05-2026

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev mayın 26-da Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bunasında bu rayondan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Azturkxeber.az xəbər verir, qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə bərpa, işlə təmin olunma, subsidiya məsələləri, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Balakən rayonunun Mahalanma kəndində fermer Zülfüqarov Mürsəl İbrahim oğluna məxsus heyvandarlıq təsərrüfatına, eləcə də Katex kəndində fermer Əliyev Zeynal Hacıməmməd oğluna məxsus meyvə bağına, soyuducu anbara və balıqyetişdirmə sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti, həmçinin meyvə bağlarında həyata keçirilən aqrotexniki tədbirlər və məhsulun saxlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra rayon ərazisində qəhvəyi mərmər bağacığına qarşı aparılan monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031