Aqrar Xidmətlər Agentliyinin sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyib
Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağstafa və Şəmkir rayonunlarında olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat və digər məsələlərlə bağlı olub. AXA-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Sərdar Hacıyev Ağstafa rayonunun Vurğun qəsəbəsində fermer Məmmədov İsmayıla məxsus heyvandarlıq təsərrüfatına və Poylu kəndində Vəliyev Səməndərə məxsus üzüm bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi, üzüm bağlarında aparılan aqrotexniki tədbirlər, eləcə də fermerlərə göstərilən aqrar xidmətlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyyələr verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:






