azturkxeber.az
http://azturkxeber.az

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib (video, foto)

25-05-2026



Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin yaranmış “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031