azturkxeber.az
http://azturkxeber.az

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib (video, foto)

15-08-2025

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Yol-nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

Təlimin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri zamanı xilasetmə işlərinin təşkili və aparılması qaydası, o cümlədən deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək ilkin yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, praktiki gecə təliminə FHN-in Bakı Regional Mərkəzinin qüvvələri ilə yanaşı, DİN Baş Dövlət Yol Polisi İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn əməkdaşları və müvafiq texnikası da cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031