azturkxeber.az
http://azturkxeber.az

FHN-in Gəncə Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

23-05-2026



Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Azturkxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Keçirilən yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi I yerə, Gədəbəy rayon Çanaxçı kənd tam orta məktəbi II yerə, Samux rayonu Lək kənd tam orta məktəbi isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031