Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bu gün Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda kişi boksçulardan ibarət Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Azturkxeber.az xəbər verir ki, məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) çıxacaq.
Turnirdə Laçın Baxış ölkəmizi hakim kimi təmsil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: