Gəncədə Xalq artisti Fəxrəddin Manafovla yaradıcı görüş keçirilib




Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev, teatrın kollektivi və şəhər ictimaiyyəti iştirak ediblər.
Azturkxeber.az-ın məlumatına görə,Gəncə Dövlət Milli Dram Teatrında keçirilən tədbir zamanı sənətkarın yaradıcılıq yolu, Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələr haqqında geniş söhbət aparılıb. İştirakçılar tərəfindən ünvanlanan bir-birindən maraqlı suallar Fəxrəddin Manafov tərəfindən səmimi şəkildə cavablandırılıb. Xalq artisti həyat və yaradıcılıq təcrübələrini bölüşərək gənclərə öz tövsiyələrini verib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: