azturkxeber.az
http://azturkxeber.az

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib - VİDEO

18-05-2026

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Azturkxeber.az-ın məlumatına görə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031