azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçuları Avropa Kubokunu komanda lideri kimi başa vurdu

17-05-2026



Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb. Son yarış günündə milli komandamız aktivinə daha 5 medal yazdırıb. Cüdoçularımız 2 gümüş və 3 bürünc mükafat qazanıblar.

Azturkxeber.az xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq), Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.

Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031