azturkxeber.az
http://azturkxeber.az

Ağsu Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

16-05-2026


Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bir qrup rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.

Azturkxeber.az xəbər verir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin ətraflı araşdırılaraq qısa müddətdə zəruri tədbirlər görülməsi üçün RİH başçısı tərəfindən qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak etmiş vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031