azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

15-05-2026


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Azturkxeber.az-ın məlumatına görə, onlayn formada reallaşdırılan tədbir 2025-ci ilin 21 oktyabr tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində həyata keçirilib.

Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr olunub.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində dizayn düşüncə yanaşmasının tətbiqi, data əsaslı qərar qəbuletmə, süni intellekt və digər texnoloji həllərin tətbiqi, keyfiyyətli idarəetmə sistemlərinin istifadəsi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Qazaxıstan tərəfinin sorğusu əsasında onlarla paylaşılmasıdır.

Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara müvafiq sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, eləcə də qarşı tərəfinin sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031