azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Universitetinin ilk beynəlxalq elmi jurnalı təsis edilib

15-05-2026

Qarabağ Universitetinin təşəbbüsü ilə təsis olunan ilk beynəlxalq elmi jurnal — “Biophysics and Beyond”un ilk buraxılışı işıq üzü görüb.
Azturkxeber.az xəbər verir ki, “Biophysics and Beyond” bioloji sistemlərin fizika elmi prizmasından araşdırılmasına həsr olunan beynəlxalq resenziyalı (peer-reviewed) elmi nəşrdir. Jurnal biologiya, fizika, mühəndislik və hesablama elmlərinin kəsişməsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin yayımlanmasını nəzərdə tutur.
Nəşrin əsas məqsədi molekulyar, hüceyrəvi və sistem səviyyəsində bioloji proseslərin fiziki prinsiplərinin öyrənilməsinə, multidissiplinar elmi yanaşmaların təşviqinə, həmçinin innovativ tədqiqat metodlarının inkişafına töhfə verməkdir.
Jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Malayziya və Misirdən olan alimlər təmsil olunurlar. Bu, nəşrin beynəlxalq elmi əməkdaşlıq prinsiplərinə əsaslandığını və qlobal elmi ictimaiyyətlə inteqrasiyaya xüsusi önəm verdiyini göstərir.
“Biophysics and Beyond” jurnalının ilk buraxılışında biofizikanın müxtəlif istiqamətlərini əhatə edən 7 elmi məqalə dərc olunub. Jurnalda yayımlanan bütün məqalələr açıq giriş (open access) formatında təqdim edilir.
Qeyd edək ki, baş redaktor biofizika sahəsində tanınmış professor, h-indeksi 60 olan alim Rövşən Xəlilovdur. Jurnalın müəllifləri sırasında h-indeksi 54 olan nüfuzlu alimlər də yer alır. İlk buraxılışda, həmçinin Qarabağ Universitetinin Biologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru və jurnalın redaksiya heyətinin üzvü Sabinə Cəfərzadənin “Plant Mediated Synthesis of Biocompatible Fe3O4 Nanoparticles for Magnetic Hyperthermia Therapy” adlı elmi məqaləsi də yer alıb.
Biologiya, fizika, nanotexnologiya, bioinformatika və biofizika sahələrində fəaliyyət göstərən yerli və xarici tədqiqatçılar jurnalda məqalə dərc etməyə dəvət olunurlar. İlk buraxılışı ilə elmi ictimaiyyətin diqqətini çəkən “Biophysics and Beyond” qısa zamanda dünyanın ən nüfuzlu beynəlxalq elmi bazalarına və qlobal indekslərinə daxil olmağı hədəfləyir.
Jurnalın cari nömrəsi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://krbujournals.az/journals/biophysics-and-beyond






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031