azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda “e-müqavilə” altsistemi üzrə təlimlər keçirilib

15-05-2026



Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası, həmçinin mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılmasının elektron qaydada həyata keçirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasının dövlət orqanları üçün təlimlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, 13-15 may tarixlərində keçirilən təlimlərdə dövlət orqanlarının satınalma prosesində iştirak edən əməkdaşları iştirak ediblər.

Təlim zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə (RDMİS) daxil olan “e-müqavilə” altsisteminin tətbiqi, dövlət satınalmaları üzrə müqavilələrin elektron qaydada hazırlanması, bağlanılması və göndərilməsi mexanizmləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu yanaşma müqavilə, uçot və ödəniş proseslərinin vahid platformada idarə olunmasını təmin etməklə dövlət vəsaitlərinin daha şəffaf və operativ izlənilməsinə imkan yaradacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031