azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

15-05-2026

Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının (IOSCO) illik toplantısı çərçivəsində təşkilatın Avropa Regional Komitəsinin (ERC) onlayn formatda illik yığıncağı keçirilib. IOSCO İdarə Heyətinin sədri Jan Pol Servaisin sədrlik etdiyi yığıncaqda region üzrə 50-dən çox qiymətli kağızlar bazarı üzrə tənzimləyici qurumundan 100 nümayəndə iştirak edib.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankını sədr müavini Əli Əhmədov təmsil edib. O, cari geosiyasi hadisələrin beynəlxalq maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital bazarlarına təsiri mövzusunda çıxış edib.

Komitə üzvləri qiymətli kağızlar bazarlarında dayanıqlılığın təmin edilməsi sahəsində yeniliklər barədə fikir mübadiləsi aparmış, investorların müdafiəsi və nəzarət üzrə beynəlxalq əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031