azturkxeber.az
http://azturkxeber.az

Məmurlar niyə cəmiyyətlə ünsiyyətdə zəifdir?

15-05-2026

Son illər ictimaiyyətlə münasibətlər sahəsində ciddi boşluqlar daha açıq görünməyə başlayıb.
Azturkxeber.az-ın məlumatına görə, bu barədə Əlibəyli Əziz öz "Facebook" hesabında paylaşım edib.
Paylaşımda deyilir, xüsusilə də dövlət qurumlarında çalışan bir çox məmurun efir və ekran qarşısında hazırlıqsız olması, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməsi cəmiyyətdə narazılıq yaradan əsas məqamlardan biridir.
Xidmət sahələrində çalışan bəzi şəxslər isə sanki xalqın arasına çıxmağı unudublar. Halbuki dövlət idarəçiliyində əsas prinsiplərdən biri vətəndaşla canlı təmas, problemləri yerində dinləmək və ictimai etimadı qorumaqdır.
Bir neçə müddətdir sosial media platformalarında mərhum Ümummilli Lider Heydər Əliyevin müxtəlif görüşlərindən görüntülər paylaşılır. Həmin videolara yazılan şərhlər bir reallığı ortaya qoyur: xalq rəhbərin içində olmasını, onunla təmas qurmasını, problemlərinə yaxın münasibət göstərməsini unutmur.
O dövrün ən ağır mərhələlərindən biri məcburi köçkün düşərgələri idi. İnsanlar evsiz, çarəsiz və ağır şəraitdə yaşayırdı. Dövlətin imkanları məhdud olsa da, insanlara mənəvi dəstək göstərilir, onların yanında olmağa çalışılırdı. Cəmiyyətin yaddaşında qalan da məhz bu münasibətdir.
Bu gün isə vəziyyət fərqli görünür. İnsanlar bir çox hallarda nə məmuru tapa bilir, nə də problemlərinə cavab ala bilir. Tapılan şəxslərin isə şablon və “ütülü” çıxışları əks təsir yaradır, ictimai narazılığı daha da artırır.
Mütəxəssislər hesab edirlər ki, kommunikasiya yalnız rəsmi açıqlamalar vermək deyil. Bu, vətəndaşla düzgün münasibət qurmaq, xidmət göstərdiyin insanların etimadını qazanmaq, ictimai fəaliyyət və açıq dialoq yaratmaq deməkdir. Müasir dövrdə uğurlu idarəçilik təkcə kabinetdən deyil, cəmiyyətin içində olmaqdan keçir. Əslində isə bütün bunlar o qədər də çətin görünmür.
Əlibəyli Əziz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031