Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb

Mayın 15-də doğma yurduna yola salınan köç karvanları Zəngilan şəhərinə və Şükürbəyli kəndinə çatıb. Bu mərhələdə Zəngilan şəhərinə 26 nəfərdən ibarət 5 ailəyə, Şükürbəyli kəndinə isə 453 nəfərdən ibarət 107 ailəyə mənzillərin açarları təqdim edilib.
Azturkxeber.az xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: